Həyat yoldaşım namaz qılmır, ona necə nəsihət edə bilərəm?

    30.06.2020
Kimdən: 
Allahın qulu
Sual: 
Salam aleykum. Sualım zövcemle bağlıdır, men namaz qıldığım halda zövcem helede namaza gele bilmir,namaz qılmaq niyyeti olsada bu işde özünü yubadır.Öncelikle ona dua etmenizi sizden xahiş edirem. Birde qurandan ve sehih hedislerden namaz qılmayan qadının cennetde heyat yoldaşıyla olmayacağı barede deliller varmi?Qısaca mene nesihet edinki, mende zövceme nesihet edim. Allah razı olsun sizlerden.
Cavab: 

Aleykum salam. Uca Allahdan sizi dinində sabit etməsini, zövcənizə isə hidayət verməsini və onun köksünü namaz üçün genişlətməsini diləyirik!
Həqiqətən, namaz qılmamaq böyük bir qəbahətdir və bu Uca Allaha qarşı ən böyük hörmətsizlikdir. Çünki Uca Allah insanları məhz Ona ibadət etmək üçün yaratmışdır. Uca Allah buyurur: "Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım". (əz-Zariyat, 56). Namaz elə bir ibadətdir ki, ağlı başında olduğu müddətcə vacibliyi heç kəsin üzərindən düşmür. Qiyamət günü Uca Allahın qulundan ilk soruşacağı əməl məhz namazdır. Əgər namazları qaydasında olarsa, digər əməllərinə görə də hesabı asanlaşar, əgər qaydasında olmazsa, hesabı çətinləşər. Namaz insanın dünya və axirətdəki meyarıdır. Həm dünyada, həm də axirətdə ilk olaraq insanın namazına baxılır. Namazın İslamda əhəmiyyətinə aid buradan oxuyun:
Namaz ən fəzilətli ibadətdir!
Namaz bir nurdur
Namaz qılmayan Cənnətə düşəcəkmi?

Bilməlisiniz ki, zövcənizin namaz qılmamasına görə siz də məsuliyyət daşıyırsınız. Uca Allah buyurur: "Ailənə namaz qılmağı əmr et, özün də onu səbirlə yerinə yetir. Biz səndən ruzi istəmirik, əksinə sənə ruzi verən Bizik. Gözəl aqibət təqvaya bağlıdır". (Taha, 132). Odur  ki, zövcənizə gözəl şəkildə namazın əhəmiyyətini və namaz qılmamağın təhlükəli olduğunu Quran ayələri və hədislərlə başa salın. Vaxtaşırı olaraq ona dinin əsaslarını öyrədin və namaz qılan qadınlarla görüşdürün. Həmçinin oxuyun:
Həyat yoldaşımı namaz qılmağa necə dəvət edim?
İslama dəvət necə olmalıdır?
Teqlər: 
Paylaş: