Qaynanama cadu olunduğundan şübhələnirəm, nə edə bilərəm?
Salam aleykum. Əvvəla bunu qeyd edək ki, qaynananızın sizə qarşı olan münasibətinin pisləşməsi müxtəlif səbəblərdən baş verə bilər. Hər bir halda siz ona qarşı hörmətlə yanaşın və gözəl əxlaq nümayiş etdirin. Onun sizə qarşı etdiklərini yaxşılıqla dəf edin. Uca Allah buyurur: "Yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar". (Fussilət, 34).
Həmçinin, əgər qaynananız və digər qohumlarınız cadugər yanına gedirlərsə, bacardığınız qədər onları bu əməldən çəkindirin, bu əməlin küfr olduğunu, bu işlərdə heç bir xeyir-bərəkət olmadığını, əksinə zərər və fitnə olduğunu çatdırın. Eyni zamanda sehr və cadudan qorunmaq üçün namazları vaxtında qılın, evdə Qurani kərim səsləndirin, Allahı çox zikr edin və şəriətin buyurduğu əmrləri edin. Daha ətraflı:
Fala inanmadığım halda qohumumla falçıya getməyim günah sayılırmı?
Cadudan necə qorunmaq olar?