Namazdan sonra əl-İxlas surəsini hansı vəziyyətdə deməliyik?

    30.06.2020
Kimdən: 
Ali
Sual: 
NAMAZDAN SONRA IXLAS SURESINI HANSI VEZYETDE DEMELIYIK? zehmet olmasa deyerdiz
Cavab: 

Salam aleykum. Fərz namazlarından sonra edilən zikrlərdən biri də "Ayətul-Kursi" (əl-Bəqərə surəsi, 255-ci ayə), əl-İxlas, əl-Fələqən-Nas surələrinin oxunmasıdır. Bu zikrləri namazdan sonra istənilən vəziyyətdə demək olar. Lakin, daha yaxşı olardı ki, insan namaz qıldıqdan sonra namaz yerini dərhal tərk etməsin. Çünki, insan namaz qıldıqdan sonra namaz yerində otuqduğu və Allahı zikr etdiyi müddətcə mələklər ona xeyir-dua edirlər. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə demişdir: "Sizlərdən biri namazını qılacağı yerdə gözlədiyi vaxt ərzində, dəstəmazı pozulanadək mə­lək­­­lər: "Allahım, onu bağışla! Allahım, ona rəhm et!" - deyə onun üçün dua edir­lər". (Səhih əl-Buxari, 477). Həmçinin oxuyun: Salam verib namazı bitirdikdən sonra edilən zikrlər

Teqlər: 
Paylaş: