Ətrafda səs-küy ola-ola Quran oxumaq olarmı?

    29.08.2020
Sual: 
Salam.Bağişlayin narahat edirəm.Men Qurani telefona yuklemisem .Və evdə oxuyuram Amma səs-küy ,televizorun səsi uşaqların səsi musiqi səsi çox olur.Bu halda oxumağa davam etməliyəm yoxsa tam sesiz yerdə oxumalıyam? Öncədən teşşekkür
Cavab: 

Və aleykum Salam. Uca Allah bizə Quranı oxuyub başa düşməyi, orada buyurulanlara əməl etməyi və qadağan etdiklərindən çəkinməyi buyurmuşdur. Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) səhabələri Qurandan 10 ayə oxuduqda bu ayələrin mənasını tam başa düşməyincə və orada yazılanlara əməl etməyincə növbəti 10 ayəyə keçməzdilər. Bu səbəbdən Quran oxumaq üçün münasib vaxt seçmək lazımdır. Uca Allah bizə Quran oxumaq üçün ən münasib vaxtın gecə olduğunu bildirmişdir. Uca Allah buyurur: "Sözsüz ki, gecə qalxmaq çox çətin və Quran oxumaq daha münasibdir". (əl-Muzəmmil, 6). Gecə ibadətə qalxmaq, namaz qılaraq Quran oxumaq qəlbə daha güclü təsir göstərir və oxunan ayələr daha aydın dərk olunur, çünki, gecə insanın qəlbi dünya işlərindən azad olur və onu ibadətdən heç nə yayındırmır. Gecə ibadətə qalxmaq çətin olsa da, daha məqsədəuyğundur. Buna görə də sizə Quran oxumaq üçün daha münasib, sakit vaxtı seçməyinizi tövsiyə edirik. Əgər qeyd etdiyimiz vaxtlarda oxumaq mümkün deyilsə, o zaman Quran oxumağı tərk etməyin və səs-küylü şəraitdə olsa belə, Quran oxumağa davam edin və çalışın oxuduqlarınızı başa düşüb əməl edəsiniz. Həmçinin oxuyun:
Telefondan Quran oxumağın savabı varmı?
Quranı Azərbaycanca oxumağın savabı varmı və oxuyanda dəstəmaz vacibdirmi?

Teqlər: 
Paylaş: