Quranı Azərbaycanca oxumağın savabı varmı və oxuyanda dəstəmaz vacibdirmi?

    12.01.2014
Sual: 
Salam aleykum. Men Qurani Azerbaycanca oxuyuram bilmek isterdim ki, bunun savabi varmi? Ve oxuyanda destemaz almaliyiqmi? Allah razi olsun.
Cavab: 

Va aleykum Salam. Qurani Kərimi oxumaq, ona qulaq asmaq və ya Qurana toxunmaq üçün dəstəmaz almağa ehtiyac yoxdur. əl-Maidə surəsinin 6-cı ayəsi və Muhəmməd peyğəmbərin (salləllahu aleyhi və səlləm) mötəbər hədislərinə əsasən dəstəmaz almaq Quran oxumaq və ona toxunmaq üçün deyil, təkcə namaz üçün lazımdır. Başqa cür desək, dəstəmaz almaq ancaq namaz qılmaq üçün lazımdır. Qurani Kərimdə əl-Vaqiə surəsinin 79 və 80-ci ayələrində keçən "Ona yalnız pak olanlar toxuna bilər!, (O) Aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir" ifadə, Qurana dəstəmazsız toxunmaq olmaz, onu dəstəmazsız oxumaq olmaz hökmünü zəif hədislərə istinad edir. Onlara əsasən əməl etmək mümkün deyil və əksər islam alimlərinə görə həmin ayə mələklərə aiddir. Amma onu da qeyd etmək istərdim ki, dəstəmazlı Quran oxumaq bəyənilən əməllərdəndir. Quranı Azərbaycanca oxuyana savab varmı sualına gəldikdə isə ümumən islamda hər bir xeyr əmələ və niyyətə görə savab vardır. Anc Ancaq Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) təyin olaraq "Quran oxuyan kəs, oxudğu surənin hər ayəsinin hər bir hərfinə görə 10 əcr qazanır" hədisi sırf ərəbcə oxuyana aiddir. 

Paylaş: