Zina edən tövbə etsə bağışlanarmı?

    24.06.2020
Kimdən: 
Leyla
Sual: 
Salam ... zina gunahinin bagiwlanmasi ucun hansi dua oxunmalidir ? Ve nece defe ? Yoxsa bagiwlanmaz bir gunahdir?
Cavab: 
Aleykum salam. Zina böyük günahlardan biridir. Lakin, Uca Allahın qullarına rəhməti və lütfüdür ki, bu dünyada etdiyi günahdan asılı olmayaraq bütün günahları bağışlayır. Uca Allah buyurur: "Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!" (əz Zumər, 53). Buna görə sadəcə Allaha tövbə etmək kifayətdir. Həmçinin, tövbə etdikdən sonra yaxşı əməllərinizi (namaz, oruc, sədəqə və s.) artırın. Çünki yaxşı əməllər əvvəl edilən günahları yuyur. Uca Allah buyurur: "Gündüzün iki başında – əvvəlində və axırında və ge­cə­nin bə­zi saat­la­rında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməl­ləri silib apa­rır. Bu, yada sa­lan­lar üçün bir xatırlatmadır". (Hud, 114). Həmçinin oxuyun:
Paylaş: