Cümə günü cənabət qüslünü ardından da cümə qüslünü almaq olarmı?
Sual:
Salam cumə gunu. Cunub olan şəxs cənabət qüslü və ardından cümə quslu ala bilərmi. Necə? Və nə vaxt
Cavab:
Və aleykum Salam. Boynunda cənabət qüslü olan şəxs, cümə günü həm cümə qüslü, həm də cənabət qüslü almaq istəyirsə, bu halda o, iki qüslü ayrı-ayrılıqda da ala bilər, həmçinin hər iki qüslü birlikdə niyyət etməklə bir qüsl də ala bilər. Qüslün vaxtına gəlincə, cənabət qüslünü bacardıqca tezləşdirmək lazımdır. Çünki qüsl almağa imkan ola-ola cənabətli halda qalmaq bəyənilmir. Ən azından dəstəmaz almaq lazımdır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə buyurub: "Üç kəsə mələklər yaxın durmazlar; kafirin cəsədinə, zəfəranlı ətir vurana və cənabət halında olana - dəstəmaz alarsa istisnadır". (Əbu Davud, 4182). Həmçinin oxuyun:
Cümə qüslu nə vaxt alınmalıdır?
Cənabət qüslu vacibdirmi?