Peyğəmbərdən (Allahın ona salavatı və salamı olsun) şəfaət istəmək olarmı?

    29.08.2020
Kimdən: 
saleh
Sual: 
esselemu aleykum rehmetullahi ve bereketuhu Peygemberin sellallahu aleyhi ve sellemin eşitdiyini etiqad ederek gedib ondan şefaet istemekki qiyamet gunu çenü sefaet edersen bu böyük şirkdir ya bidetdir ? böyük şirkdise imam nevevi şirk edib ve ya bidet edib bu meselede bele demek olar ?
Cavab: 

Va aleykumussələm va rahmətullahi va bərakətuhu. Ölmüş bir insanın qəbrinə gəlib onun eşitdiyini etiqad edərək ondan Allah yanında onun üçün şəfaət istəmək ən aşağısı bidət və zəlalətdir. Lakin bu əməlin İslamdan çıxaran böyük şirk, yoxsa bidət və zəlalət olmasında alimlər arasında fikir ayrılığı var. Hər bir halda bu əməl ən azı böyük şirkə aparan və vəsilə olan zəlalətdir. Nə Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) sağlığında bunu demiş, nə də onun səhabələri Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun)vəfat etdikdən sonra onun qəbrinə gəlib şəfaət üçün müraciət etməmişlər. Əksinə, Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) vəfat etdikdən sonra səhabələr Peyğəmbərin əmisi Abbasın (Allah ondan razı olsun) yanına gələrək ondan yağış üçün Allaha dua etməsini istədilər. Sözsüz ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) Abbasdan Allaha daha yaxın bir insandır. Buna baxmayaraq səhabələrin Abbasa müraciət etmələri dəlildir ki, peyğəmbər olsa belə, vəfat etmiş insandan dua istəmək olmaz. Uca Allah Peyğəmbərə müraciət edərək buyurur: "Sözsüz ki, sən də ölə­cək­sən, onlar da öləcəklər! Sonra siz Qiyamət günü Rəb­bi­ni­zin hüzurunda mübahisə edə­cək­si­niz". (əz-Zumər, 30-31). 
Rəvayət edilir ki, quraqlıq üz verdikdə Ömər ibn Xəttab (Allah ondan razı olsun) Abbas ibn Ab­dul-Muttəlibin (Allah ondan razı olsun) vasitəsilə Allahdan yağış diləyib: "Allahım, biz Pey­ğəm­bə­rimizin vasitəsilə Səndən yağış diləyərdik, Sən də bizə yağış en­di­rərdin. İndi isə biz Peyğəmbərimizin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) əmisinin vasitəsilə Səndən yağış di­ləyirik, bi­zə yağış yağdır!"– deyər, Allah da onlara yağış yağdırardı. (Səhih əl-Buxari, 1010). 
İmam ən-Nəvəvinin ölülərdən şəfaət istəməyi icazəli görməsi barədə məlumatımız yoxdur. Ümumiyyətlə hər hansı bir alimin bu əməli icazəli görməsi onu etmək üçün dəlil hesab olunmur. Bu əməlin icazəli olması haqqında deyənlərin heç bir əsası yoxdur. Həmçinin oxuyun:
Təvəssülün neçə növü var?
Yusuf surəsinin 96-cı ayəsinin izahı nədir?
Allaha dua edərkən kəramət sahiblərinin xətrini vasitə tutmaq olarmı?

Teqlər: 
Paylaş: