Qadın kişi ilə kəbinsiz münasibət qura bilərmi və ya siğə edə bilərmi?

    16.03.2021
Kimdən: 
Kemalr
Sual: 
Salam.Sizden cox xayiw edirem sualimi cavablandirardiz.Bir qadinin heyatinda bir kiwi varsa kebinsiz nikahsiz.Onnan elave 2 wexs dindar bir kiwi xeylagi varsa o dindar wexsle kebin kesilse siyge olsa.Gunah sayilar ya nece?
Cavab: 
Və aleykum salam. Sizi Allahdan qorxaraq bu kimi əməllərdən çəkinməyə çağırırıq, çünki Uca Allah zina edənlərin Cəhənnəmə girəcəyini bildirmişdir: "Onlar Allahla yanaşı başqa tan­rıya yalvarmaz, Alla­hın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməz­lər. Bunu edən kimsə cəzalandı­rılar.  Qiyamət günü onun əzabı qat-qat artırılar və onun içində zəlil olub əbədi qalar". (əl-Furqan, 68-69)
Qadının kəbin olmadan kişi ilə münasibəti zina sayılır. Həmçinin, siğə etmək də zina sayılır, çünki peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bunu qadağan etmiş, kəbinin yalnız ailə qurmaq niyyəti ilə kəsilməsini əmr etmişdir. Kəbində qadının vəlisinin (atası, olmasa qardaşı, olmasa əmisi və s.) razılığı, iki şahid və qadına mehr verilməsi vacib şərtlərdir. Daha ətraflı:
Nigah bağlamağın qaydası
Zina və ondan necə qorunmaq haqqında
Naməhrəmlər kəbinsiz ailə kimi yaşaya bilərlərmi?
Siğə haqqında
Paylaş: