Hicri təqvim Miladi təqvimə nisbətən irəli sürüşür, yoxsa əksinə?
Sual:
Salam Aleykum. Menim bele bir sualim olacaq teqvimle bagli. Hicri yoxsa Miladi teqvim 10gun atir? Yeni Cahil bir insanla mubahise zamani iddia edirki Hicri teqvim yerinde dayanb deyisen 10gun atan Miladi teqvimdi, Miladi deyisdiyi ucun Ramazan 10gun atir, bu ne derecede dogrudur? Menim bildiyim Hicri teqvim deyisir ama anlata bilmirem.
Cavab:
Aleykum salam. Bu təqvimlərdə həm ayın, həm də ilin günlərinin sayı biri digərinə nisbətən qısa olduğu üçün, bir təqvimdə digərinə nisbətən sürüşmə baş verir. Əslində isə həm Miladi, həm də Hicri təqvim xırda fərqlər istisna olmaqla uzanıb-qısalmır və öz yerində dayanıb. Bu iki təqvim arasındakı fərq birinin (Hicri təqvimin) ayın doğması və batması ilə, digəri isə (Miladi) yerin günəş ətrafında tam dövrə vurmasına görə hesablanmasıdır. Daha ətraflı: Hicri-Qəməri təqvimi ilə Miladi təqviminin arasında fərq