Ərim namaz qılmağıma narazıdır, bu halda nə etməliyəm?
Sual:
əssəlamuneleykum.mən namaza yeni başlamışam və sevərəkdən namaz qılıran ama yoldaşım bunun üçün söz söhbət yaradır küsür soyuq davranır.onun üçün namazımı byraxnaq istəmirəm ama yolsaşımıda elə görmək istəmirəm sizcə nə etməliyəm?
Cavab:
Və aleykum Salam. Uca Allahdan sizi bu yolda sabit etməsini və ərinizə də hidayət verməsini diləyirik. Allaha asilik olmayan işlərdə qadının öz ərinə itaət etməsi vacibdir. Lakin ərin də öz yoldaşının namaz qılmasına mane olması böyük günahdır. Bu məsələdə qadın öz ərinə itaət etməməlidir. Odur ki, namazınıza davam edin və eyni zamanda ərinizin haqlarını ödəyin. Çalışın namaz qılmağınız sizi ərinizin haqlarını ödəməyə maneə yaratmasın. Daha ətraflı:
Ərim və qaynanam namaz qılmağa qoymurlar, nə edim?
Ərim hicab bağlamağa icazə vermir, nə edim?