Cənnətə girənlər oradan çıxacaqlarmı?

    26.08.2020
Kimdən: 
Kamran
Sual: 
Salamun aleykum cehennemden cənnətə girenler olacağ bes cənnətdən cehenneme
Cavab: 

Və aleykum Salam. Cəhənəmə düşənlər iki qisimdirlər:
1) Cəhənnəmdə əbədi qalanlar. Bunlar kafir və ya münafiq kimi ölənlərdir. Bu insanlar Cəhənnəmdə əbədi qalacaqlar.
2) Cəhənnəmdə müvəqqəti qalıb sonra Cənnətə girənlər. Bunlar böyük günahları olan, lakin Allaha şərik qoşmadan ölən müsəlmanlardır. Dəlillər bunu göstərir ki, müsəlmanlardan bəzi böyük günah sahibləri etdikləri günahların cəzasını çəkmək üçün müvəqqəti Cəhənnəmə düşəcəklər, lakin son dönüşləri Cənnət olacaq. İbn Məsud (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Mən Cəhənnəmdən ən axırıncı çıxanı və Cənnətə ən axırıncı daxil ola­nın kim olacağını bilirəm. O kişi Cəhənnəmdən sürünərək çıxacaq və Uca Allah ona buyuracaq: "Get, Cənnətə gir!” O, Cənnətə girə­cək, lakin onun dolu olduğunu güman edərək geri qayıdıb deyəcək: "Ey Rəbbim! Mən Cənnəti dolu gördüm". Uca Allah ona buyuracaq: "Get, Cənnətə gir!" O, yenə Cənnətə girəcək, lakin onun dolu olduğunu güman edərək geri qayıdıb deyəcək: "Ey Rəbbim! Mən Cənnəti dolu gördüm". Allah ona buyuracaq: "Get, Cənnətə gir! Dünya və onun on misli sənindir və ya dünyanın on misli sənindir!" O deyəcək: "Sən Hökmdar ola-ola mənə gülür­sən?" İbn Məsud dedi: "Gördüm ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) güldü, hətta azı dişləri göründü. Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: "Bu, Cənnət əhlindən ən aşağı mərtəbəyə sahib olandır" - deyiləcək. (Səhih Muslim, 308/186 (272, 479)). Cənnətə girənlərdən isə heç kəs Cəhənnəmə girməyəcək. Cənnətə girənlər orada əbədi qalacaqlar və oradan çıxmayacaqlar. Uca Allah buyurur: "Həqiqətən, Cəhənnəm on­la­rın hamısına vəd olunmuş yer­dir. Onun yeddi qapısı var­. Hər qapı üçün onlardan müəy­yən bir dəstə təyin olunmuşdur. Sözsüz ki, müttəqilər cən­nətlərdə və çeşmələr ba­şın­da ola­caq­lar. Onlara deyiləcək: "Oraya sağ-sala­mat və xatircəmliklə da­xil olun!" Biz onların köksündəki kin-kü­durəti çıxarıb kənar et­dik. Onlar taxtlar üstündə qarşı-qarşıya oturan qar­daş­lar ola­caq­lar. Onlara orada heç bir yor­ğunluq toxunmayacaq və on­lar ora­­dan çıxarıl­mayacaqlar". (əl-Hicr, 43-48). Həmçinin oxuyun:
Cənnət əhlinin vəsfi
Cənnətin vəsfi belədir
Cəhənnəmə daxil olandan sonra oradan çıxan
Qiyamət günü olan şəfaət haqda

Paylaş: