Nə edim ki, pis yuxular görməyim?
Sual:
Salam aleykum. Mən demək olar ki, hərdən ən çox da çərşənbə günləri pis yuxular görürəm. Bəs mən nə edim ki, pis yuxular görməyim?
Cavab:
Aleykum salam. Pis yuxular görməmək üçün yatarkən Uca Allahı zikr etmək lazımdır. Əgər yatan zaman Uca Allahı zikr etsəniz, bu hal inşallah sizdə baş verməyəcəkdir. Məsələn: Ayətu-l-Kursini (əl-Bəqərə, 255), əl-İxlas, əl-Fələq və ən-Nas surələrini oxuyun. Həmçinin bu linkləri də oxuyun:
Yatağa girərkən oxunan zikrlər
Pis yuxu görən nə etməlidir?
Yuxuda həyəcan və qorxu keçirən, dəhşətə gələn və (başqa bu kimi) hallarda oxunan dua