Dəstəmaz və təhəccüd namazı haqqında

    13.04.2014
Sual: 
Assalamu aleykum. Necesiz? Qardaş sualim bele olacaq. Maykada ola-ola destamaz almaq olar? Teheccud namazi texminen gece saat nechede qilinmalidir?Allah sizleri qorusun!
Cavab: 

Aleykum salam. Əlhəmdulilləh yaxşıyıq. Allah razı olsun. Maykada və ya hər hansı bir geyimdə dəstəmaz almaq olar. Təhəccüd namazı, yəni gecə namazı işa namazından sonra sübh namazının vaxtına qədər qılmaq olar. Lakin onun ən fəzilətli vaxtı gecənin son üçdə birində qılmaqdır. Gecənin üçdə bir hissəsini hesablamaq üçün günbatan vaxtdan sübh namazına qədər olan vaxtı üç hissəyə bölür və axırıncı hissənin vaxtını götürürsünüz. Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: “Uca Rəbbimiz hər gecənin axır üçdə birində dünya səmasına enir və buyurur: “Kim Mənə dua edir ki, Mən də onun duasını qəbul edim?! Kim Məndən diləyir ki, Mən də ona dilədiyini verim?! Kim Məndən bağışlanma diləyir ki, Mən də onu ba­ğış­la­yım?!” (əl-Buxari, 1145)
Gecənin son üçdə birinin vaxtını həmçinin saytımızın ana səhifəsindəki namaz vaxtları cədvəlindən öyrənə bilərsiniz: http://zikr.az/#prayer-times

Paylaş: