İslamdan öncə əldə edilən haram qazanc halal sayılırmı?

    16.04.2014
Kimdən: 
Qoşu İsgəndərov
Sual: 
Salam aleykum qardaş. Qardaş bir mesele ile bagli de sual vermek isterdim. Demeli qardaş bir insan ki, cahillik vaxtinda haram yol ile pul qazanarsa ve hemin pulla mebeller alib hemchinin budcede de pul qalibsa ve hemin adam sonradan tovbe edib, iman getirib, Allah Subhenehu ve Tealadan bagishlanma dileyerse, mebeller ve budcedeki pullar halal hokmune dushur? Yoxsa düşmür? Allah rizasi uchun bunu da cavablandirarsiniz.
Cavab: 

Aleykum salam. İslam özündən öncəki günahları silir. Allah Təala islamdan öncə edilən əməlləri İslama gəldikdən sonra xeyirlə əvəz edir: "Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhm­­lidir! Kim tövbə edib yaxşı iş görərsə, o, doğrudan da Allaha tərəf qayıtmış olar". (əl-Furqan, 70-71).

Teqlər: 
Paylaş: