Cunub olduğunu bilmədən namaz qılanın namazı batildirmi?
Sual:
Salam insan cənabət olduğunu bilmədiyi halda namaz qılarsa namazı batil olurmu?
Cavab:
Aleykum salam. Namazın doğru sayılması üçün təharət (təmizlik) şərt olduğu üçün cunub olduğunu bilmədən namaz qılan şəxsin bu halda qıldığı namazlar batildir və bu şəxs bildikdən sonra cunub halda qıldığı namazları yenidən qılmalıdır. Lakin bilmədən olduğna görə ona günah yazılmır. Bu cavabı oxuyun:
Bilmədən səhv bir əməli etmək günahdırmı?
Bilmədən qüsulsuz halda qılınan namazları yenidən qılmaq lazımdırmı?