Övladı üçün əqiq kəsməyən valideyn günah qazanırmı?

    29.08.2020
Kimdən: 
Allahin qulu
Sual: 
Salam aleykum menim 3 yaşinda oglum helede imkan olmadigi üçün eqiq qurbanini kesmemişk bize günah yazilirmi? ve eyer oglum 10 ve ya 15 yaşinda olsa belə eqiq qurban kesmek olarmi ne vaxtsa imkan oldugda Allah razi olsun
Cavab: 

Və aleykum Salam. Yeni doğulan uşaq üçün yeddinci günü əqiq qurbanı kəsmək vacib deyil, təkid olunmuş sünnədir. "Təkid olunmuş sünnə" Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) əmr etdiyi, lakin vacib dərəcəsinə çatmayan və edənin böyük savab qazanacağı əməllərdir. Sünnəyə uyğun olan budur ki, əqiq qurbanı uşağın dünyaya gəldiyinin yeddinci günü kəsilsin. Əgər yeddinci günü kəsmək imkan olmasa, digər vaxtlarda da kəsmək olar. Hətta uşağın 10-15 yaşı olsa belə ona əqiq kəsmək olar. Həmçinin oxuyun:
İslam fiqhi: ƏQİQ bölümü
Yeni doğulan körpələrə tətbiq edilən sünnətlər haqda ətraflı yaza bilərsinizmi?
Yeni doğulmuş oğlan uşağı üçün iki baş qoyunun qurban kəsilməsi mütləqdirmi?

Teqlər: 
Paylaş: