Övlad valideynlərinin himayəsindən çıxa bilərmi?

    10.09.2020
Kimdən: 
Arif
Sual: 
Salam , ilk öncəliklə sualım budur ki bir övlad ananın himayəsindən öz istəyi ilə , və ya ananın istəyi ilə, vəya dini yolla necə çıxa bilər və ya necə onlardan uzaqlaşa bilər.ümumiyyətlə ailədə heç kim birisi ilə yola getmir və onlar açıq aydın şəkildə nalayiq sözləri evdə , o adama və bəzən süfrədə də deyilir və o adamın(ailədə ən kiçikdir,əxlaqı da yaxşı) dəfələrlə məsləhət verməsinə(Düzdür, ona məsləhət çox da düşmür yaşına görə)baxmayaraq onlar riayət etmirlər.Artıq da o adam səbri tükənib və bəzən hətta dünyanın ədalətini sevmirdə.Birdə ki onlar müsəlman olmasına baxmayaraq çox ədalətsizdirlər o adama qarşı . Bu suala cavab yazsanız çox xoş olardım , Allah sizə və hamıya səbr versin.
Cavab: 
Aleykum salam. Oğlan uşağı həddi-büluğa çatdıqdan sonra artıq sərbəst sayılır və istəsə valideynlərinin himayəsindən çıxa bilər. Lakin bu o demək deyil ki, artıq valideyn haqları həddi-büluğa çatmış uşağa vacib deyil. İnsan neçə yaşında olursa olsun valideyn haqları həmişə üzərində qalır. Həddi-büluğa çatmaq heç də həyatı tam dərk etmək demək deyil. İnsan həmişə böyüklərin və ağsaqqalların məsləhətinə və nəsihətinə ehtiyacı olur. Valideynlərin övladı ilə pis davransa da valideyn haqlarını övladın üzərində qalır. Dinimiz valideynlərə qarşı səbirli olmağı və onlarla gözəl davranmağı buyurur. Uca Allah buyurur: "Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalığın ən düşkün çağına yetərsə, onlara: "Uf!" belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!" (əl-İsra, 23). "Uf" kəlməsi etiraz edənin işlətdiyi ən yüngül sözdür. Təfsir alimləri qeyd edirlər ki, əgər etirazı bildirmək üçün "Uf" kəliməsindən daha yüngül söz olsaydı Uca Allah məhz bu kəlməni qeyd edərdi. Bununla belə Allaha dua edin və ailə üzvlərinizin islah olunmasını diləyin. Həmçinin oxuyun:
 
Paylaş: