İmamlar qeybi biliblərmi?
Aleykum salam. Qeybi Uca Allahdan başqa heç kəs bilmir. Uca Allah bu xüsusda buyurur: "De: "Allahdan başqa göylərdə və yerdə olanların heç biri qeybi bilməz. Onlar nə zaman diriləcəklərini belə bilmirlər". (ən-Nəml, 65). Bununla belə Uca Allah möcüzə olaraq bəzi peyğəmbərlərə müəyyən qeybi məsələləri bildirmişdir. Uca Allah buyurur: "O, qeybi biləndir və Öz qeybini heç kəsə açmaz, yalnız razı qaldığı elçidən başqa. Həqiqətən, Allah onların önündə və arxasında gözətçilər qoyur ki, hər kəs onların, Rəbbinin göndərdiklərini necə təbliğ etdiyini bilsin. Allah onların nə etdiklərini nəzarəti altında saxlayır və hər şeyi ayrı-ayrılıqda hesaba alır". (əl-Cinn, 26-28).
Həmçinin oxuyun: Əhli-beyt kimlərdir?
O ki qaldı İmam Əlinin (Allah ondan razı olsun) üç yaşında Qurandan bir surə oxumasına, bu yalandır. Quran Peyğəmbərimizə (Allahın ona və ailəsinə salavatı və salamı olsun) 40 yaşında peyğəmbərlik verildikdən sonra 23 il ərzində tədricən nazil olmuşdur. İlk nazil olan ayələr isə "əl-Ələq" surəsinin ilk ayələridir. Həmçinin oxuyun:
Quranın 23 il ərzində tədricən nazil olmasının səbəbi nədir?
Quran Peyğəmbərimizə neçə yaşında və neçə il ərzində nazil olub?