Quranın 23 il ərzində tədricən nazil olmasının səbəbi nədir?

    27.10.2014
Kimdən: 
Tural
Sual: 
Salam menim birinci sualım budur ki,Quran kitabı men oxuduğuma göre 23 il erzinde nazil olub.Meni maraqlandıran mesele odur ki,meger Allah her şeyi bilmir(haşa),xeberdar deyil,geleceyi bilmir ki,niye bu qeder gec müddetde endirib? İkinci sualım ise budur ki,istimna günahdı ya yox bezileri deyirki şiddetli şehvetde olduqda edilmesi caizdir.bu düzgündür?
Cavab: 

Aleykum salam. Əvvəlcə bu ayəni xatırladaq: "(Allah) gördüyü işlər barəsində sorğu-sual olunmaz; onlar (bütün bəndələr) isə (tutduqları əməllərə görə) sorğu-sual ediləcəklər". (əl-Ənbiya, 23). Allahın insanlara bütün əmrləri Onun hikmətinə bağlıdır və insanlar bilməsələr də, burada onlar üçün xeyir var. Quranın 23 il ərzində nazil olmasının hikmətlərindən biri də insanları Allahın əmrlərinə tədricən hazırlamaq, bu əmrləri yerinə yetirməyi onlar üçün asanlaşdırmaq olub. Quran birdən nazil olsa idi, insanlar oradakı əmrlərin hamısına riayət etməyə çətinlik çəkər və ruhdan düşərdilər. İslamdan əvvəl insanlar arasında bütpərəstlik və Allaha şərik qoşmaq çox yayılmışdı. Bu vəziyyətdə Peyğəmbər (salləllahu aleyhi və səlləm) üçün insanlara namaz, zəkat, oruc və s. təbliğ etmək çətin olardı. Ona görə də əvvəlcə Quranda insanları "Lə iləhə illallah" kəlməsinə, yalnız Allaha ibadət etməyə çağıran ayələr nazil oldu. Müsəlmanlar nazil olan ayələri öyrənib əməl etdikcə Allahın yeni əmrlərini bildirən ayələr nazil olurdu.
Aşağıdakı ayəyə nəzər salaq: "Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlayana qədər və natəmiz olduğunuz halda, – yolda olan (müsafirlər) istisna olmaqla – qüsl edənədək namaza yaxınlaşmayın...". (ən-Nisa, 43).
Göründüyü kimi əvvəllər içki içməyə icazə verilmiş, lakin sərxoş vəziyyətdə namaza yaxınlaşmaq qadağan edilmişdi. Lakin sonradan içkini tamamilə qadağan edən ayə nazil oldu və bu ayənin hökmü ləğv oldu.
Digər sualınızla bağlı bu cavabları oxuyun:
Masturbasiya etməyə icazə verilir?
Günahdan əl çəkə bilməyib hər dəfə tövbəmi pozuram, nə edim?

Teqlər: 
Paylaş: