Sevmədiyin insan məclisə dəvət edirsə, getmək vacibdirmi?

    20.09.2020
Kimdən: 
Ömər....
Sual: 
As salamu aleykum ve rehmetulillahi ve bereketuhu meni Heyetinden qoylayib ve şer atan kes meni indi iftara çağırır men ise getmirem günah sayılırmı? 2-ci sualım bu sualların cavablarını hansı elm telebesi cavablandırır? Allah azze ve celle Sizden razı olsun ƏMİN....
Cavab: 
Və aleykumus-Sələm və Rahmətullahi və Bərakətuhu. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bildirmişdir ki, müsəlmanın digər müsəlman üzərində haqlarından biri də, məclisə dəvət edərsə dəvətini qəbul etməkdir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Müsəlmanın digər müsəlman üzərində beş haqqı var: verdiyi salamı almaq, xəstələndikdə onu zi­ya­rət etmək, öldükdə cənazəsini müşaiyət etmək, məclisə dəvət edərsə qəbul etmək və asqırarsa ona Allahdan rəhmət diləmək (asqırdıqdan sonra "Əlhəmdulilləh" deyən müsəlmana "Yərhəmukəllah" demək)". (Səhih əl-Buxari, 1239). 

Alimlər bu baxımdan məclisləri iki qismə bölmüşlər:

1) Dəvətini qəbul etmək vacib olan məclislər - bu məclislərə yalnız toylar aiddir. Yəni toya çağırılan insana bu dəvəti qəbul etmək vacibdir. Yalnız üzrlü səbəb olarsa, toy məclisinə dəvətdən imtina etmək olar. Üzrlü səbəblər bunlardır:

1. Əgər bundan daha vacib olan bir iş olarsa və ya toya getməklə kiminsə haqqını tapdalamış olarsa;

2. Əgər məclisdə şəriətlə qadağan olunmuş haramlar (içki, musiqi və s.) olarsa və ya məclis bidət əhlinin məclisi olarsa; bu halda iştirak etmək haramdır.

3. Əgər məclisə çağıran müsəlman olmazsa. Bu halda dəvəti qəbul etmək vacib olmur. Çünki hədisdə "Müsəlmanın digər müsəlman üzərində beş haqqı var" deyilir. 

4. Əgər məclisə getmək dəvəti qəbul edənə zərər verərsə; Məsələn ailəsindən ayrılıb uzaq məsafə qət etməli olmarsa və ya çox maddi məsrəf tələb edərsə.

5. Əgər toy edən ümumi olaraq dəvət edərsə; Yəni əgər dəvət edən xüsusi olaraq dəvət etməzsə, ümumi olaraq bir toplumda hamının dəvətli olduğunu elan edərsə, bu elanı eşidən hər kəsə dəvəti qəbul etməsi vacib olmur.

2) Dəvətini qəbul etmək vacib olmayan məclislər - bu məclislərə toylardan başqa məclislər aiddir. Məsələn: əqiq məclisi, iftar süfrəsi, qonaqlır və s. Əksər alimlərin rəyinə görə bu növ məclislərə dəvəti qəbul etmək vacib deyil. 

Bununla da aydın olur ki, iftar süfrəsinə dəvəti qəbul etməməkdə sizə günah yazılmır. Lakin pisliyə yaxşılıqla cavab vermək baxımından getməyiniz daha yaxşı olar. Uca Allah buyurur: "Yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et! O zaman sə­nin­lə ədavət aparan kimsə sanki ya­xın bir dost olar. Bu isə ancaq səbir edən­lərə ve­ri­lir və ancaq böyük qis­mət sa­hib­lərinə nə­­sib olur.Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çün­ki O, Eşidəndir, Biləndir". (Fussilət, 34-36). Həmçinin oxuyun:
Haqsızlığa məruz qalanın haqsızlıq edənlərdən küsməsi günahdırmı?
Küsülü qalmağın zərəri
Sualları kim cavablandırır? 

Teqlər: 
Paylaş: