Qadın müvəqqəti kəbin kəsdirə bilərmi?

    20.09.2020
Kimdən: 
Lamiye
Sual: 
Salam. Qadin muveqqeti kebini nece defe kesdire biler? 2ci biriyle yeniden muveqqeti kebin kesdirmek gunahdir? (Oz aralarinda olunmush kebinden sohbet gedir ) . Ve ilk kebini muveqqeti vaxt erzinde tuturlar . O vaxt bitdikden sonra nece bowanilir?
Cavab: 

Aleykum salam. Dinimizdə müvəqqəti nikah qadağandır. Həmçinin qadın kəbin kəsdirərkən mütləq vəlisinin (ata, qardaş, əmi, baba və s. ata tərəfdən qohumlarından birinin) izni olmalıdır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Himayədar və iki ədalətli şahid olmadan bağlanan nikah düzgün deyildir". (İbn Hibban, 1247). Başqa bir hədisdə isə: "Hər hansı bir qadın, vəlisinin izni olmadan nikah bağlayarsa, onun nikahı batildir, onun nikahı batildir, onun nikahı batildir...". (İbn Macəh, 1524) deyə buyurmuşdur. Həmçinin oxuyun:
Nikah bağlamağın qaydaları
Nəyə görə siğə etmək olmaz?

Paylaş: