Haris adını uşağa qoymaq olarmı?
Sual:
As salam aleykum
20 il bundan qabaq xalam yuxuda quran kitabları görmüş və ona yuxuda oğlunun adını Haris qoy deyilmişdi.Oda buna reayət edib haris qoymuşdu.indi təsadüfən mənim qarşıça harisin iblisinmadı olduğu çıxdı.Bu nədərəcədə düzgündü?Haris hansısa sahabənin adı olduğunu düşünürdüm.ikinci sualım dilimi qeybətdən qprumaq istəyirəm ama alınmır yenə gəlib məni tapır ama sonra çox məyus və peşiman oluram ama yenə qebət özü gəlib çəni tapır.dua edirım əlbətdə Allahdan bağışlanma diləsəmdə yenə bu günahı edirəm.Hallalıq almayıb kiminsə dalınca danışmaq və ürəkdənpeşiman olmaq yetərmi?yoxshallalıq mütləqdi?
Cavab:
Aleykum salam.
1. Haris adının mənası "qoruyan", "gözətçi" deməkdir. Bu adın İblisin adı olması doğru deyil və bu adın uşağa qoyulmasında bir qəbahət yoxdur. Bir hədisdə Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Özünüzə peyğəmbərlərin adlarını qoyun. Allahın ən çox sevdiyi adlar Abdullah və Abdur-Rahməndir. Adların ən doğrusu Haris və Həmmamdır (çalışqan, fəal). Ən pisi isə Hərb (müharibə) və Murradır (acı)". (Əbu Davud, 4950). Həmçinin oxuyun: Uşağa ad qoymaq barədə
2. Bu cavabı oxuyun: Qeybətini etdiyim şəxsdən halallıq almadan tövbə etsəm Allah məni bağışlayarmı?