Kobud olmamaq üçün nə edim?

    20.09.2020
Sual: 
Salam Men kobud oluram isder isdemez ne edimki mehriban biri olum ?kimise incitmek isdemirem
Cavab: 

Aleykum salam. Dinimiz bizə mülayim olmağı buyurub və bildirib ki, mülayim olmaq daim insana xeyir gətirir. Əksinə kobudluq isə insanı bir çox xeyirdən məhrum edir. Uca Allah buyurur: "Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər sən kobud və daş qəlbli olsaydın, onlar hökmən sənin ətrafından dağılışardılar. Sən onların günahından keç, Allahdan onların bağışlanmalarını dilə və görəcəyin işlər barədə onlarla məsləhətləş. Qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən, Allah təvəkkül edənləri sevir". (Ali-İmran, 159)

Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) gözəl əxlaq və mülayimlik barədə demişdir: "Şübhəsiz ki, Uca Allah səxavətlidir və səxavətli olanları sevir, comərd­dir və comərd olanları sevir. Həmçinin, yüksək əxlaqı sevir, pis əxlaqı isə sevmir". "Uca Allah hər bir işdə müla­yim olmağı sevir". "Əgər Allah bir ailəni sevərsə, onlara mülayimlik bəxş edər". "Uca Allahın ən çox sevdiyi qulları ətrafındakı insanlara qayğıkeş olanlar­dır".  
İnsanın öz əxlaqını yaxşıya dəyişməsi və pis xasiyyətləri tərk etməsi mümkündür, bunun üçün gərək insan öz nəfsilə mübarizə aparsın və Uca Allahdan gözəl əxlaqa sahib olmağı diləsin. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dualarında Allahdan gözəl əxlaq diləyib pis əxlaqdan Allaha sığınardı. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) dualarında belə deyərdi: "Allahım, pis əxlaq, əməl və fikirlərdən Sənə sığınıram!" (Səhih ət-Tirmizi, 3/184). Həmçinin deyərdi: "Allahım, yaradılışımı gözəl etdin, əxlaqımı da gözəlləşdir!" (İrvaul-Ğalil, 1/115). Həmçinin insanlara qarşı mülayim olub gözəl əxlaqa yiyələnməyin böyük savab olmasını bilməlidir. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) mülayimliyin Uca Allah tərəfindən sevilən xasiyyət olduğunu bildirərək Əş'əc Abdulqeys adlı səhabəsinə (Allah ondan razı olsun) belə demişdir: "Səndə iki xislət var ki, Allah onları sevir. (Bunlar) mülayimlik və təmkinli olmaqdır". (əl-Buxari: "Ədəbu-l-Mufrad", 586). Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: