İnsan əxlaqını dəyişə bilərmi?

    29.08.2020
Kimdən: 
Allahin qulu
Sual: 
Salamun Alekum.Çoxdandi sehifenin acilmagini gozduyrdum Allah sizlerden razi olsun.Xais edirem cavablandirardiz. 1.Namehrem haqqinda xeyal qurmaq haram yada gunahdirmi? 2.Aglima pis fikirler gelir menim Ramazan ayinda vesvese gelme olur insana? 3.İnsan oz xarakterini deyise bilermi?
Cavab: 

Və aleykum Salam.

1) Ümumiyyətlə şəhvətə səbəb olan vasitələrdən, naməhrəmlər haqqında düşünməkdən, xəyallar qurmaqdan çəkinmək lazımdır. Çünki, adətən belə hallar insanı özü də hiss etmədən sonunda harama aparır. İnsanın xəyala dalaraq ağlına intim fikirlər gətirməsi qadağandır, hətta bəzi alimlərə görə bunları fikirləşmək zinanın növlərindən sayılır və insana günah qazandırır. Daha ətraflı:
Şəhvani xəyallar günahdır?
Əməl etmədən günah olan şeyləri düşünmək günahdırmı?
İnsanın intim düşüncələrə dalması günahdırmı?

2) İnsan ağlına gələn fikirlərə əməl etmədikcə cəzalanmır. Pis fikirlər şeytanın vəsvəsidir. Pis fikirləri qovmaq üçün isə Allahı çoxlu zikr etmək lazımdır, əks halda fikirlər insanı pis əməllərə apara bilər. Həmçinin oxuyun:
İnsanın beyninə gələn fikirlər günahdırmı?
İnsanın özündən asılı olmayaraq Allah haqqında pis fikirlərə düşməsi günahdırmı?
Şeytanı və onun vəsvəsələrini uzaqlaşdıran dua
Müsəlmanın qalası (gündəlik dualar və zikrlər)

3) İnsan öz xarakterini dəyişə bilər. Zamanın ötməsi, insanın ətraf mühiti, elminin artıb-azalması, etdiyi əməllər və s. bu kimi amillər insanın xarakterinə və əxlaqına təsir edə bilir. Əgər əxlaq dəyişməsəydi, Peyğəmbərlərin göndərilməsi, ilahi Kitabların nazil olması faydasız olardı. Tərbiyə və cəza üsulları əbəs olardı. Buna görə də dinimiz insana nəfsi ilə mübarizə aparmağı və pis əxlaqi keyfiyyətlərə səbəb olan əməllərdən çəkinməyi buyurmuşdur. İnsan nəfsi ilə mübarizə apararsa və müəyyən səbəblərdən tutunarsa, öz xarakterini dəyişə bilər. Uca Allah buyurur: "Nəfsini günahdan təmiz­lə­yən uğur qazanmışdır. Onu günaha atıran isə ziyana uğramışdır". (əş-Şəms, 9-10). Dinimiz insan  pis əxlaqi xüsusiyyətlərdən təmizləyən səbəbləri bildirmiş və gözəl əxlaqi xüsusiyyətlərə yiyələnməyin yollarını göstərmişdir. Bu yollardan biri də elm almaq, Allaha ibadət etmək, günahlardan çəkinmək, əməlisaleh insanların əhatəsində olmaqdır. Uca Allah buyurur: "Kitabdan sənə vəhy olu­nanları oxuyub namaz qıl. Hə­qi­qə­tən, na­maz çirkin və yara­maz işlərdən çəkindirir". (əl-Ənkəbut, 45). Həmçinin oxuyun:
Yaxşılıq gözəl əxlaqdır
İslam dininə görə əxlaq necə olmalıdır?

Teqlər: 
Paylaş: