Heyz bitdikdən iki gün sonra gələn az miqdarda qan orucu pozurmu?

    18.11.2020
Sual: 
Salam Aleykum. Orucla bağlı bütün sual-cavabları oxudum amma tam olaraq cavab ala bilmədim. Qadın heyz halı tamamilə bitdikdən 3 gün sonra ondan qırmızı rəngdə qan kimi axıntı gələrsə oruc pozulurmu? Heyz halı bitib hətta ondan sonra 2 dəfə oruc da tutub, heçnə qan gəlməyib. Orucun 3-cü günündə görür ki, ondan azacıq qan kimi maye gəlib amma davamlı gəlməyib azacıq olub və kəsib. Bu halda orucunu pozmalı idimi? Çox xahiş edirəm cavablandırardınız. Allah razı olsun
Cavab: 
Aleykum salam. Heyz bitdikdən və təmizləndikdən sonra gələn qırmızımtıl axıntı heyzdən sayılmır və belə axıntılara fikir vermək lazım deyil. Orucu tutub namazları qılmağı davam edin. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: