Heyzdən təmizləndikdən beş-altı gün sonra gələn qan heyzdən sayılırmı?
Sual:
Salam Aleykum.Cox xahis edirem tez cavablandirin.Men 3 aydi heyz halimin vaxtini tam bilenmirem.az miqdarda qan gelir 1 hefte.sonra ustunnen 5-6 gun kecir tezeden mennen qan gelir 1 hefde.Coxlu bacilardanda sorusmusam bezisi deyir destemaz al orucunu tut namazni qil.bezileride tam bilmir.Xahis edirem mene bir yol gosderin.Men bele halda namazimi orucumu dayandirmiram.duzgun edirem? Onuda qeyd edimki her 2sindede qanin rengi eyni olur.
Cavab:
Və aleykum Salam. İki heyz arasında ən az müddət 15 gündür. Heyz müddəti tamamlanıb təmizləndikdən və qüsl etdikdən sonra 15 gündən tez gələn qan heyz sayılmr. Bu qan istihazə qanı, yəni damar qanı sayılır. Belə hallarda qadın qanı təmizləyir, hər namaz üçün dəstəmaz alaraq namazlarını qılır, oruclarını tutur. Bu səbəbdən siz belə hallarda namaz və orucu dayandırmamaqla düz etmisiniz. Həmçinin oxuyun: