Qədr gecəsi qüsl almasaq günah qazanırıqmı?
Sual:
Salam.Qedr gecesinde qüsl almasaq günaha batmış sayılırıq?
Cavab:
Aleykum salam. Qədr gecəsi üçün xüsusi olaraq qüsl almaq lazım deyil. Lakin, Qədr gecələrini ibadətlə, Allahı zikr etməklə və namaz qılıb dua etməklə keçirmək bəyənilən olduğu üçün boynunda cənabət qüslü olanın, qüsl alması daha yaxşıdır. Ancaq, qüsl almasa buna görə ona günah yazılmır. Həmçinin oxuyun: