Atam xəstədir, onun əvəzinə namaz qıla bilərəmmi?
Sual:
Atam xestelenib,helelik namaz qıla bilmir.atamdan evez namaz qıla bilerem?
Cavab:
Salam aleykum. Namaz qılmaq hər bir insanın Allah qarşısında olan borcudur və bu ibadəti hər kəs özü yerinə yetirməlidir. Namaz elə bir ibadətdir ki, ağlı başında olan insan istənilən vəziyyətdə onu yerinə yetirməlidir. Dinimiz asanlığı buyurduğu üçün namazı hər bir vəziyyətdə qılmaq olar. Xəstə insan oturaraq, mümkün olmasa uzanaraq da namaz qıla bilər. Daha ətraflı: