Qədr gecəsində hansı vaxtı oyaq qalmaq yaxşıdır?

    30.11.2020
Kimdən: 
Omar xattab
Sual: 
salam aleykum qedr gecesi saat neceden neceye qeder gozleyerek ibadetleri kecirmek.lazimdir yeni en xeyirli saat vaxti hansidir zehmet olmasa Allah ucun cavablansirarsiz inweAllah exi
Cavab: 
Və aleykum Salam. Qədr gecəsi Məğrib namazından sonra Sübh çağı dan yeri sökülənə qədər davam edir. Uca Allah buyurur: "O gecə sübh açılanadək əmin-amanlıq olur". (əl-Qədr, 5). Bu gecənin həm hamısını, həm də bir hissəsini ibadətdə keçirmək olar. Lakin ən mükəmməli olan gecənin əvvəlini istirahət edib, son üçdə birini oyaq qalıb ibadətdə keçirməkdir, çünki bu vaxt duaların qəbul olan vaxtıdır, Uca Allah bu vaxt dünya səmasına nazil olub duaları qəbul edir. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Uca Rəbbimiz hər gecənin axır üçdə birində dünya səmasına enir və buyurur: "Kim Mənə dua edir ki, Mən də onun duasını qəbul edim?! Kim Məndən diləyir ki, Mən də ona dilədiyini verim?! Kim Məndən bağışlanma diləyir ki, Mən də onu ba­ğış­la­yım?!" (Səhih əl-Buxari, 1145). Daha ətraflı:
Teqlər: 
Paylaş: