Vaxtın çıxmasına az qalmış namaz qılan şəxs namazı vaxtında qılmış sayılırmı?

    22.10.2020
Kimdən: 
Guler
Sual: 
Salam men sabah namazina yatib qalmisdim qeza etmemek ucun gun cixan vaxta kimi qilib qurtarmaq istedim men namazimi qurtaranda gunun cixma vaxti texminen 5-6 saniye olar girmisdi bilmek isterdim menim namazim batil olur? Xahis edirem cavablandirin
Cavab: 
Aleykum salam. Sübh namazının vaxtı günəş çıxana qədər davam edir. Əgər günəş çıxana qədər namazın bir rükətini qılıb qurtarmısınzsa ikinci rükətdə günəş çıxsa belə namaza çatmış sayılırsınız. Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Sizdən biriniz gün bat­mamışdan əvvəl əsr namazının bir rükətini qılmağa müvəffəq olarsa, qoy na­mazını tamamlasın, (həmçinin) gün doğmamışdan əvvəl sübh namazının bir rükətini qılmağa müvəffəq olarsa, qoy namazını tamamlasın". (Səhih əl-Buxari, 556). Həmçinin oxuyun:
Sübh namazı necə qılınır?
Sübh namazına yatıb qalanda durub qəzasını dərhal qılmaq lazımdır?
Teqlər: 
Paylaş: