Epilepsiya xəstəliyindən əziyyət çəkən sübh namazına dura bilmirsə nə etməlidir?
Sual:
salam.Menim sinif yoldasim epilepsiyadan eziyyet cekir.Namaz qilandi.Mene sual verdiki Subh namazina dura bilmirem.Cunki yuxusunu tam almasa onda ciddi fesadlar toredecek.Mende dedim Subh namazi vacibdi axi?Bele oldugu teqrirde o ne etmelidi?Subh namazina durmasa ona gunah yazilir?
Cavab:
Və aleykum Salam. Namazın Allah qatında qəbul olunması üçün şərtlərdən biri də namazın vaxtında qılınmasıdır. Sinif yoldaşınız bütün vasitələrdən istifadə edib namazlarını vaxtında qılmağa can atmalıdır. Bu vasitələrdən biri də erkən yatmaqdır. Sinif yoldaşınıza erkən yatmağı tövsiyə edirik. Erkən yatarsa həm namaza vaxtında durar, həm də yuxudan doymuş olar.
Əgər erkən yatdğı təqdirdə də yenə Sübh namazına durduqda bu hal baş verərsə, bu halda o üzürlü sayılır və namazını oyanan kimi qılmalıdır. Peyğəmbər (Alllahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Kim bir namazı unudar, yaxud yatıb qalarsa, bunun kəffarəsi namazı yadına düşən kimi və ya oyanan kimi qılmaqdır". (Səhih Muslim, 684). Həmçinin oxuyun: