Namazda salam verərkən səhv etməyin hökmü nədir?

    11.10.2020
Sual: 
Zöhr namazında salamlar'da səhv etdim unutdum sözləri. Sonra təkrar dedim ama yenə bir qismini səhv demişəm təkrar qılım namazı?
Cavab: 

Salam aleykum. Namazı bitirərkən salam vermək namazın ərkanlarından biridir. Namaz qılanın namazı bitirərkən yalnız sağ çiyinə "əssələmu aleykum" deməsi kifayətdir. Sol çiyinə salam vermək və bu ifadəyə əlavə "və rahmətullah" əlavə etmək vacib deyil. Əgər namazı bitirərkən sağ çiyinə "əssələmu aleykum" demisinizsə namazı bitirmiş sayılırsınız. Həmçinin oxuyun: 
Səhv səcdəsi necə yerinə yetirilir?
Namazın sözlərini səhv deyəndə namaz batil olurmu?
Namazın rüknləri və vacibləri hansılardır? 

Teqlər: 
Paylaş: