Namazın sözlərini səhv deyəndə namaz batil olurmu?

    12.05.2014
Sual: 
Salamu aleykum. Bilmek isteyirem ki, namazda sehv edende yeni sozlerinin hansinisa sehv deyende namaz batil olurmu? Yeni namazdan chixmaliyam, yoxsa davam etmeliyem? Davamli olmur, amm arada olur.
Cavab: 
Aleykum salam. Namazda əl-Fatihə surəsindən sonra oxunan surələrdə səhv etdikdə səhv səcdəsi edilmir. Çünki Fatihədən başqa oxunan Quran surələri müstəhəbdir. Səhv səcdəsi salamdan əvvəl və ya salamdan sonra edilə bilər. Ümumiyyətlə namazda oxunan surələrdə və sözlərdə hərf səhvinə görə səhv səcdəsi etmək lazım deyildir. İnşallah bu cür səhvlər namaza xələl gətirmir. Əgər siz bilmədən namazı səhv qılmısınızsa, inşallah Allahın mərhəməti sayəsində namazınız qəbul olunar. Lakin namazın səhv olduğunu biləndən sonra namazı tərk etməyə lüzum yoxdur. Sadəcə namaz qılaraq tədricən buraxdığınız səhvləri düzəltməyə çalışın. Həmçinin oxuyun: Namazın sözlərini səhv dediyinə şübhə edərək təkrar demək namazı batil edirmi?
Teqlər: 
Paylaş: