Namazın sözlərini səhv dediyinə şübhə edərək təkrar demək namazı batil edirmi?
Aleykum salam. Namazda sözləri səhv dedikdə və ya çaşdıqda təkar deyə bilərsiniz və bu hal namazı batil etmir. Amma çalışın bu şeyin üzərində çox durmayasız və sizdə vərdiş halı almasın. Çünki adət halına keçsə, namazın savabını azalda bilər. Ona görə də namaza durmadan öncə insan düşünməlidir ki, namaz böyük bir ibadətdir və namaz qılan insan Uca Allahın qarşınsında durur. Namazda insan bütün dünyəvi və əlavə fikiriləri kənara atmalıdır və imkan daxilində oxuduğunun mənasını anlamağa çalışmaldır. Bilimirsə, öyrənməyə səy göstərməlidir. Adətən insanın namazda səhv etməsi, çaşması onun fikrinin yayınaraq namazdan kənarda olmasından irəli gəlir. Həmçinin oxuyun:
Səhv səcdəsi necə yerinə yetirilir?
Namazın sözlərini səhv deyəndə namaz batil olurmu?
Namaz qılarkən fikrim qarışır, bu nədən irəli gəlir?