Qızdan məni ifraz olduqda qüsl almalıdırmı?

    01.12.2020
Kimdən: 
Səma
Sual: 
Salam, əvvəlcədən üzr isdəyirəm sualıma görə. Qız uşağı cənabət qüslu ala bilərmi, cinsi əlaqədə olmadan, məni ifraz olarsa?
Cavab: 
Va aleykum Salam. Əgər qız cinsi əlaqədə olmadan (məsələn, yuxuda) məni ifraz edərsə, qüsl almalıdır. Ummu Sələmə (Allah ondan razı olsun) rəvayət edir ki, Ummu Süleym Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəlib dedi: "Ya Rəsulullah! Allah haqqı deməkdən həya etməz. Qadın yuxuda ikən ehtiraslı yuxu görübsə qüsl etməlidirmi?" Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurdu: "Bəli, əgər su gö­rüb­sə (məni axıdıbsa,) etməlidir!" Ummu Sələmə (utandığından) üzünü yaş­maq­la örtdü və: "Ya Rəsulullah! Heç qadından da məni gələ bilər­mi?"– deyə soruşdu. Pey­ğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: "Əlbəttə, (gələ bilər). Ay yazıq! Belə olmasa, övladı ona necə oxşaya bilər?" (Səhih əl-Buxari, 130).
Bunu da qeyd edək ki qadından gələn hər maye məni sayılmır. Məni şəhvətlə boşalma zamanı çox miqdarda axır. Boşalma olmadan ehtiras zamanı gələn az miqdarda maye isə məzidir və buna görə qüsl almaq lazım deyil. Həmçinin oxuyun: Qüsl necə alınır və onu pozan amillər hansılardır?
Paylaş: