Kişi arvadını hicab geyinməyə məcbur edə bilərmi?

    22.10.2020
Kimdən: 
Totum
Sual: 
Kişi arvadın mecbur hicaba sala bilermi?.qadın könülsüzdüse günah kişiye yazılırmı?.könülsüz hicaba girmey günahdırmı
Cavab: 

Salam aleykum. Hicab bağlamaq Allahın əmridir, bunu etməyənlər böyük günah qazanır. Ailə başçısı kişi olduğuna görə o, ailəsindən sorumludur. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Hər biriniz çobansınız və öz rəiyyəti altında olanlara görə məsuliyyət daşıyırsınız. Kişi öz ailəsinin (ailə fərdlərinin) çobanıdır (himayəçisidir) və himayəsi altında olanlardan məsuldur. Qadın öz ərinin evində himayəçidir və ailəsinə görə məsuldur. Qulluqçu öz ağasının mal dövlətinə baxımından himayəçidir və buna görə məsuliyyət daşıyır. Hər biriniz çobansınız və himayəsi altında olanlara görə məsulsunuz". (Səhih əl-Buxari, 2554; Səhih Muslim, 1829). 
Həmçinin qadın da hicaba girərəkən bunu ərinə görə deyil, Allah üçün, Allahın əmrini yetirmək üçün etməlidir, çünki niyyət çox önəmlidir. Əgər qadın ərinə görə hicaba girərsə, buna görə savab qazanmaz. Peyğəmbər (Allahın ona və ailəsinə salamı və salavatı olsun) demişdir: "Əməllər ancaq niyyətə görədir. Hər bir insan niyyət etdiyini əldə edir...". (Səhih əl-Buxari, 1). Ər bu vəziyyətlə barışmadan qadına Allahın əmrlərini çatdırmalı, hicab geyinməyin böyük savab, bunun əksinin isə böyük günah olmasını dəlillərlə izah etməli, öz xeyirli əməlləri və ibadətləri ilə ona nümunə olmalı, həmçinin həyat yoldaşını mömin qadınlarla görüşdürməlidir. Daha ətraflı:
İslamda hicab məcburidirmi?
Ərin qadını hicab örtməyə məcbur etməsi düzgündürmü?
Kişi öz həyat yoldaşından müəyyən şəri qaydalara riayət edilməsini tələb edə bilərmi?

Teqlər: 
Paylaş: