Təzə namaza başlayan insanın namaz vaxtı azan eşitməsi nədəndir?
Sual:
Salam Aleykum.Men bir heftedi namaza baslamisam.Lakin heqiqeten sidq urekden etmisem bunu.Men subh namazina cagiris siqnali olmadan azan vaxti ayiliram sanki kimse meni oyadir gozumu aciram arada azan sesi bele gelib qulagima.Bu ne demekdir meleklerm edir buunu
Cavab:
Aleykum salam. Uca Allahdan sizi bu yolda sabit etməsini diləyirik. Qeyd etdiyiniz hal qəlbinizdə namaza çox önəm verməkdən, namazları vaxtında qılmağa göstərdiyiniz diqqətdən və ehtimamdan irəli gəlir. Həmçinin Sübh vaxtı sakitlik olduğu üçün uzaqda yerləşən məscidlərdən gələn azan səsləri də ola bilər. Çalışın namaz qılmaqla bərabər şəriət elminizi artırasınız. Həmçinin oxuyun: İslam dininə görə qadın necə olmalıdır?