İslam dininə görə qadın necə olmalıdır?

    21.04.2020
Kimdən: 
Ayşə
Sual: 
Salam alekum.İslam dinine gore qadin nece olmalidir?zehmet olmasa cavablandirardiz
Cavab: 

Aleykum salam. Qadın yaradılış baxımından kişiyə nisbətən daha zəif xəlq edilmişdir. Buna görə də, Uca Allah qadını daima himayə etməyi buyurmuşdur. Bu himayəçilik qadın ərə getməmişdən əvvəl atasının, qardaşının və ya ata tərəfdən qohumlarının üzərinə, ərə getdikdən sonra isə ərinin üzərinə düşür. Bunun müqabilində qadın da himayəsində olduğu kişiyə (ata, qardaş, əmi, ər və s.) itaət etməlidir. Ərə getdikdə isə, Allaha itaətdən sonra qadının üzərinə düşən ən vacib əməl ərinə itaət etməkdir. Uca Allah bu xüsusda buyurur: "Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər. Bu, Allahın onlardan birini di­gərin­dən üstün etməsi və (kişilərin) öz mal­larından (qadınlar üçün) sərf etməsinə görədir. Əməlisaleh qa­dın­lar itaətkar olub qo­run­ması la­zım gələn şeyləri Allahın hi­mayə­si sa­­yəsində qo­­­ruyanlardır". (ən-Nisa, 34).
Təfsirçi alim İbn Kəsir bu ayənin izah edərkən demişdir: "Uca Allahın "Əməlisaleh qa­dın­lar itaətkar olub..."  ayəsi haqqında İbn Abbas və digər alimlər belə demişlər: "Yəni, ərlərinə itaətkar olub "...qorunması la­zım gələn şeyləri Allahın hi­mayə­si sa­­yəsində qo­­­ruyanlardır". əs-Suddi və başqaları bu ayənin təfsirində demişlər: "Ərləri yanlarında olmadıqda, onların namusunu və malını qoruyarlar". "Allahın himayə­si sa­­yəsində", çünki qorunmuş olan ancaq Allahın himayə etdiyidir.
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Qadınların ən xeyirlisi odur ki, ona nəzər saldıqda sevinirsən, ona bir şey buyurduqda itaət edər, yanında olmadıqda isə sənin namusunu və malını qoruyar". Sonra Peyğəmbər Uca Allahın: "Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər" - ayəsini sonuna qədər oxudu". (Musnəd İmam Əhməd, 7415; Mustədrak əl-Hakim, 2/161; Sunən ən-Nəsəi, 2/72). 
Abdurrahmən ibn Avf (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Qadın beş vaxt namazını qılar, Ramazan orucunu tutar, övrət yerini zinadan qoruyar və ərinə itaət edərsə, (Qiyamət günü) ona: "Cənnətin hansı qapısından istəyirsənsə, daxil ol!" - deyilər". (əl-Musnəd İmam Əhməd, 1661)."

Müsəlman qadın bu xüsusiyyətlərə yiyələnməlidir:

Birincisi: Qadın Allahın ona vacib etdiyi əməlləri yerinə yetirməlidir. Bu əməllərin ən vacib olanı beş vaxt namazdır. Çünki namaz qulu Allaha yaxınlaşdıran ən əzəmətli ibadətdir. Daha ətraflı məlumat almaq üçün bu məqalələri oxuyun:
Namaz ən fəzilətli ibadətdir!
Namaz bir nurdur
Namaz qılmağın qaydası - VİDEO

İkincisi: Qadın himayəsində olduğu kişiyə - subaydırsa, atasına, qardaşına, əmisinə və s. yaxın qohumlarına itaət etməlidir. Evli olduğu təqdirdə isə ərinə tabe olmalıdır. Onlarla gözəl davranmalı və mübahisə etməməlidir. Həmçinin oxuyun: Ərimin xətrinə dəymişəm, nə edim ki, məni bağışlasın?

Üçüncüsü: Övladlarını gözəl şəkildə tərbiyə etməli və onlara dini öyrətməlidir. Onlara əxlaqlı olmağı, Allahdan qorxmağı və cəmiyyət üçün faydalı insanlar olmağı aşılamalıdır. Bu barədə oxuyun:

Dördüncüsü: Təmizkar olmalı, evini təmiz saxlamalı, ərinin və övladlarının təmizliyinə diqqət yetirməlidir. Həmçinin ailəsinin ev işlərini görməli və ailə rahatlığını təmin etməlidir. 

Beşincisi: Qohumluq əlaqələrini yaxşılaşdırmalıdır. İlk növbədə öz valideynləri və ərinin valideynləri ilə gözəl davranmalı, əlaqələrin kəsilməsinə səbəb olacaq əməllərdən uzaq olmalıdır. Bu barədə oxuyun:
Qohumluq əlaqələrini kəsməkdən çəkinin!
Qohumluq əlaqələrini kəsmək və ya küsülü qalmaq
Qaynanamla yola getmirəm, nə edim?

Altıncısı: Qadın iffətli olmalı, həm öz namusunu, həm də ərinin ləyaqətini qorumalıdır. Naməhrəmə baxmaq, danışmaq, təklikdə qalmaq kimi qadağan edilmiş əməllərdən çəkinməlidir.

Yeddincisi: Qonşuları ilə gözəl davranmalı, onlara əziyyət verməməlidir. Qonşu haqları barədə bu cavabları oxuyun:
Qonşu özünün imkanı olduğu halda məndən nəsə istəyirsə, verməmək günahdır?
Qonşumuz pisdir, ona nə qədər bəddua etsək də, heç nə olmur

Yığcam olaraq qeyd etdiyimiz bu xüsusiyyətlərə hər bir müsəlman qadın yiyələnməlidir. 
Teqlər: 
Paylaş: