Namaz qılarkən dərddən ağlamaq günahdırmı?
Sual:
Salam.Menim bir arzum var ve her namazin sonunda onu Allahdan isteyirem,yalvariram.Çox vaxt o arzumun derdinden namaz qilanda da,sonda Allaha yalvarib dua edende de ağlayiram.Ağlamaq içimden,derdimden gelir.Bele olmasi günahdirmi? Cunki size verilen bir sualda demisiz ki namazda Allah üçün ağlamaq günah deyil.Amma men derdimden ağlayiram,Allaha yalvarib ağlayiram.Günah olmağindan qorxuram ama o qeder çox arzulayiram ki bu heyatimla bağlidir ve ele çox derdliyem ki bu ağlamaq menden asili deyil.Cavablandirsan şad olaram
Cavab:
Va aleykum Salam. Uca Allahdan sizi tezliklə bu sıxıntıdan qurtarmasını diləyirik! Həqiqətən namaz, sıxıntıya düşən insanın ayrılacağı ən gözəl əməldir. Uca Allah buyurur: "Ey iman gətirənlər! Səbir və namazla Allahdan kömək diləyin. Çünki Allah səbir edənlərlədir". (əl-Bəqərə, 153). Səhih hədisdə bildirilir ki, Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bir çətinliyə düşdükdə dərhal namaza tələsərdi. (Əbu Davud, 1319).
Namazda Allah qorxusundan ağlamaq bəyənilən əməldir və bu, əməlisaleh insanların sifətlərindəndir. Dünyəvi problemlərə görə ağlamağa gəlincə, əgər insan özündən asılı olmayaraq ağlayırsa və özünü saxlaya bilmirsə, bunda bir qəbahət yoxdur və bu onun namazına təsir etmir. Lakin, əgər ağlamağını saxlaya bildiyi halda saxlamırsa və səslə ağlayarsa bu namazı batil edə bilər. Daha ətraflı: