Haram pul qazanan kişinin ailəsi bu puldan yediyinə görə kim günah qazanır?

    04.02.2021
Kimdən: 
telman
Sual: 
Men haram pul qazaniram. evde hami namaz qilir menden basqa. Onlar menim qazancimdan yeyirler bu gunahlar kime yazilir?
Cavab: 

Salam aleykum. Haram yolla pul qazanan insan yalnız özü günah qazanır. Uca Allah buyurur: "Heç bir günahkar başqasının günah yükünü daşımaz. Yükü ağır olan kimsə öz yükünü daşımaq üçün (başqasını köməyə) çağırsa və çağırdığı kimsə yaxın qohumu olsa belə, o yükdən heç nə daşınmaz...". (Fatir, 18). Əgər haram yolla pul qazanan kişinin ailə üzvləri ona nəsihət edərsə və bacardıqları qədər onu bu əməldən çəkindirərlərsə, artıq üzərlərinə düşəni yerinə yetirmiş sayılırlar və kişinin qazancından yediklərinə görə onlara günah yazılmır. Daha ətraflı:
Əri haram yolla pul qazanan qadın nə etməlidir?
Valideyninin qazancı haramdandırsa, övlad ondan istifadə edə bilərmi?

Paylaş: