Allah bizim gələcəyimizi bilirsə, nə üçün sınağa çəkir?
Sual:
Salam Aleykum..
menim sualim budur:1)Hz.Adəm gunah edib cənnətdən qovulub dunyaya getirilmisdir biz insanlar olaraq niye Hz.Adəmin cəzasin cekirik? 2)Allahim gələcəyi bilirse bes biz niye sinaga cəkir?. 3)Vahabilər haqda genis yaza bilərsiz
Cavab:
Va aleykum Salam.
1. Bu cavabları oxuyun: Adəm peyğəmbər cənnətdən qovulmasaydı, biz orada əbədi qalacaqdıq?
2. Bu sualın cavabı, Uca Allahın məxluqatı nə məqsədlə yaratdığını bilməkdir. Uca Allah məxluqatı Onu tanısınlar və yalnız Ona ibadət etsinlər deyə yaratmışdır. Uca Allah buyurur: "Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım". (əz-Zariyat, 56). Uca Allah öz əzəli elmi ilə hər bir insanın nəyə qadir olduğunu və hansı əməl sahibi olacağını bilir. İnsanların Cənnətə və ya Cəhənnəmə düşməsi isə onların yer üzündə özlərinin etdikləri əməllərinə görədir. Əgər Allah insanları Öz elminə görə cəzalandırsaydı, insanlar Allaha bəhanə gətirərdilər. İnsanların Qiyamət günü belə bir bəhanələri olmasın deyə Uca Allah məxluqata ölüm onları haqlayana qədər möhlət vermişdir. Onlara peyğəmbərlər və kitablar göndərmiş, doğru yolu və azğınlığı bildirmişdir. Uca Allah buyurur: "Biz müjdə verən və qorxudan elçilər göndərdik ki, insanların elçilərdən sonra Allaha qarşı bir bəhanəsi olmasın. Allah qüdrətlidir, hikmət sahibidir". (ən-Nisa, 165). İbn Kəsir bu ayənin təfsirində deyir:
"Yəni Uca Allah kitablar nazil etmiş, müjdə verən və qorxudan elçilər göndərmiş, sevib razı qaldığı əməllərlə sevmədiyi əməlləri bəyan etmişdir ki, heç kəsin bir bəhanəsi qalmasın. Necə ki başqa ayələrdə belə buyurur: "Əgər Biz onları bundan əvvəl (Muhəmməd peyğəmbər və Quran gəlməzdən öncə) əzabla məhv etsəydik, deyərdilər: "Ey Rəbbimiz! Nə üçün bizə bir peyğəmbər göndərmədin ki, biz də zəlil və rüsvay olmazdan əvvəl Sənin ayələrinə tabe olaq?" (Taha, 134); "Özlərinin etdikləri əməllərə görə onlara bir müsibət üz verdikdə: "Ey Rəbbimiz! Nə üçün bizə bir peyğəmbər göndərmədin ki, biz də Sənin ayələrinə tabe olub möminlərdən olaq?" - deməsəydilər, səni peyğəmbər göndərməzdik". (əl-Qasas, 47).
əl-Buxari və Muslimin "Səhih" əsərlərində İbn Məsuddan (Allah ondan razı olsun) rəvayət edilən bir hədisdə Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Allahdan daha qeyrətli bir kimsə yoxdur. Elə buna görə də O, murdar əməllərin aşkarını da, gizlisini də haram buyurmuşdur. Tərif olunmağı Allahdan daha çox sevən heç kim yoxdur. Odur ki, O, Özünü tərifləyir. Üzrü (qəbul etməyi) Allahdan daha çox sevən yoxdur. Odur ki, müjdə verən və qorxudan peyğəmbərlər göndərmişdir". Hədisin başqa rəvayətində: "Odur ki, peyğəmbərlər göndərmiş və kitablar nazil etmişdir" - deyilir. (İmam Əhməd 3616, 4153; Səhih əl-Buxari, 4271, 4637; Səhih Muslim, 4955-4957, 7167-7169)". Həmçinin oxuyun: Allah əvvəlcədən bəndənin Cəhənnəmə düşəcəyini bilirsə, onu niyə yaradır?
3. Bu cavabı oxuyun: Vəhhabilər kimlərdir?