Ruhlar insana toxuna bilərmi?

    20.12.2020
Sual: 
Salam.Bir sualım olacaqdı.Men geceler gözümü yumub yata bilmirem.Daima gözüm qaranlıqda qalır.Gözümü yumdugum zaman tez aciram sanki mene bir ruh şeklinde ve yaxud cin nese toxunacaqmiş kimi.Ureyim esir.Bilmek isterdim umumiyyetle ruh insana toxuna bilermi?Ve yaxud cin.Ayetul kursi ve diger dualari oxuyuram yatmazdan evvel.Yene de qorxu var.Ne ede bilerem?Umumiyyetle ruhlar evde geze bilermi?Biz bunu hiss ede bilerikmi?
Cavab: 
Aleykum salam. Uca Allah ruhlar barədə bizə çox az bilgi versə də ruhların insanlara toxunması mümkün deyil, çünki ruhlar bərzəx aləmindədir. Bərzəx aləmi bizim yaşadığımız dünya ilə Axirət arasında olan bir aləmdir. Ruhlar bizim dünyamıza gələ bilmirlər. Uca Allah buyurur: "Səndən ruh haqqında so­ru­şurlar. De: "Ruh Rəbbimin əm­rin­dən­dir. Sizə yalnız az bir bilik verilmişdir". (əl-İsra, 85).
"... Onların arxasında diriləcəkləri günə qədər bərzəx (maneə) vardır". (əl-Mu'minun, 100)
. Baş verən hallar şeytanın sizə vəsvəsəsidir. Yatağınıza girərkən və səhər-axşam zikrləri müntəzəm yerinə yetirin, namazları vaxtında qılın və gün ərzində Qurani-kərim oxunmasına qulaq asın, Allahın izni ilə sizdə olan bu hal keçib gedəcəkdir. Həmçinin, ruqyə dualarını da oxuya bilərsiniz. Daha ətraflı:
Teqlər: 
Paylaş: