İnsanın özünə bəd dua etməsi qəbul olunurmu?

    28.01.2021
Sual: 
Salam. Mənim sualım belədir. Mən sosial şəbəkələrin birində hesab açmışdım, nəsə birşeyə əsəbləşib sildim. Birdə hesap açıb, açmayacağım barəsində tövbə edib etmədiyimi bilmirəm. Xatırlamıram, o vaxtlar dilimə yerli yersiz tövbə sözü gəlirdi. Tərgitməyə çalışıram, birdə özümə bəddua da etmişəm bəzən, buna görə çox peşmanam. Dua edirəm Allah məni bağışlasın. İndi mən həmin o sosial şəbəkədə yenə hesab açıb açmamaq barədə çıxılmaz vəziyyətdə qalmışam. Çünki nə qədər etsəm də xatırlamıram o an nə dediyimi. Bəlkə sizə mənasız bir sual kimi gələbilər, amma bilmədim kimdən soruşum. Mən nə edim?
Cavab: 
Va aleykum Salam. Əvvəla bunu qeyd edək ki, tövbə yalnız günah işlərdən uzaq durmaq üçün edilir. Günah əməllərə (naməhrəmlərlə danışmaq, harama baxmaq kimi) yol vermədən sosial şəbəkələrdə hesab açmaq qadağan deyil. Odur ki bu işə tövbə düşmür. Həmçinin tövbəni pozmağa da kəffarə düşmür. Ona görə də, kəffarə məsələsinə görə narahat olmayaraq sosial şəbəkələrdən istifadə edə bilərsiniz, lakin çalışın haram əməllərdən çəkinin. Daha ətraflı: Günah olmayan şeyə görə tövbə etmək və tövbəni pozmaq haqqında
Uca Allahın qullarına olan rəhmətidir ki, insanların bəd dualarını xeyir dualar kimi qəbul etmir. Uca Allah bu xüsusda buyurur: "Əgər Allah insanlara is­tə­­dikləri xeyri tez verdiyi ki­mi, şəri də tez ver­səydi, əlbəttə, on­ların əcəli çatmış olar­dı". Yunus, 10). Təfsir alimi Abdur-Rahmən əs-Sadi bu ayənin təfsirində demişdir:
"Bu, Uca Allahın qullarına olan lütfü və mərhəmətidir ki, O, qullarını xeyir əməllərə görə mükafatlandırdığı kimi etdiyi şər əməllərə görə cəzalandırmır. Belə olsaydı "əlbəttə, on­ların əcəli çatmış olar­dı", yəni cəzalandıraraq onları yer üzündən silərdi. Uca Allah qullarına (tövbə üçün) möhlət verir, lakin (etdikləri günahları) unutmur, bir çox günahlarını isə əfv edir. Əgər Allah insanları et­dikləri zülmə görə dərhal cəza­lan­dır­say­dı, yer üzün­də heç bir can­lını sağ qoymazdı. Həmçinin bu ayəyə bir insanın qəzəblənərək özünə, ailəsinə və mal-dövlətinə etdiyi bəd dualar da daxildir. Bəzən insan özünə, ailəsinə elə bəd dualar edir ki, əgər bu dualar qəbul olsaydı insan həlak olardı. Lakin Uca Allah həlimdir və hikmət sahibidir".
Sizin özünüzə etdiyiniz bəddualara görə peşman olmağınız, artıq tövbə əlamətidir və buna görə narahat olmayın. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: