Ətrafımdakı insanlar mənə zarafatla lağ edirlər, nə edim?
Sual:
Salam Aleykum.Öncəliklə sizlərə təşəkkürlərimi bildirirəm.Allah sizdən razı olsun ki belə bir sayt açmısınız.Mənim belə bir sualım var.Mən namaz qılıram əlhəmdülillah. Böyüyəndə hicaba keçəcəm Yəni dinlə məşğul oluram ama mənim burnum həm uzun həmdə kəmərlidir.Dostlarım,qohumlarım,ailəm, mənimlə zarafat qarışığı lağ edirlər bəzəndə ciddi mən özümü And içirəmki pis hiss edirəm lağ etmək günahdı onçar mənə lağ edəndə onlara nə deyə bilərəmki bir daha lağ etməsinlər Lağ haqda hədislər varsa yazardız da xahiş O elə bir şey olsunki bir daha mənə lağ etməsinlər Allah razı olsun indidən hər birinizdən Allaha əmanət olun
Mən sualımın cavabını hardan oxuyacağımı bilmirəm Bu haqda kömək edin Xahiş
Cavab:
Va aleykum Salam. Qeyd edək ki, hicab da namaz kimi həddi-büluğa çatan və ağlı başında olan hər bir müsəlman qadına vacibdir. İslam dininə görə həddi-büluğ insanın cinsi yetkinliyə çatdığı vaxtdır. Həmçinin oxuyun:
Başqalarının sizi məsxərəyə qoymasına gəldikdə isə, hətta zarafatla olsa belə insanların görünüşünü ələ salmaq, kiməsə lağ etmək qeybət sayılır və bu böyük günahlardandır. İslam dinində başqalarını güldürüb əyləndirmək məqsədilə kiminsə şəxsiyyətini alçaldacaq bütün söz və hərəkətlər qul haqqını tapdalamaq sayılır və bu, haramdır. Söz, rəftar, davranış, işarə və ya yazı ilə insanların qüsur və nöqsanlarını başqalarına bildirmək bura daxildir. Qiyamət günü həmin şəxs öz savablarından haqqına girdiyi adama verəcək, savabı qalmasa haqqına girdiyi adamın günahları ona yüklənəcək. Uca Allah buyurur: "Ey iman gətirənlər! Bir camaat digərini məsxərəyə qoymasın. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları lağa qoymasınlar. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın". (Hucurat, 11). Bu ayənin izahında deyilir ki, rəvayətə görə Əbu Cubeyra ibn əd-Dahhək (Allah ondan razı olsun) demişdir: "O zamanlar bizdən bəzilərinin iki, yaxud üç adı olardı. Onlar bu adlardan bəzisi ilə çağırıldıqda qəzəblənərdilər. Onların barəsində bu ayə nazil oldu: "Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın". (əl-Hucurat, 11)". (ət-Tirmizi, 3268, 3578; İbn Macəh, 3741; əl-Hakim, 3724). Bu ayədə Uca Allah insanların bir-birinə olan münasibətlərini qeyd edərək onlara kimisə ələ salmağı, tənə vurmağı və pis ləqəblərlə müraciət etməyi qadağan edir. Bu, insanı alçalda biləcək bütün xoşagəlməz sözlərə və hərəkətlərə aiddir. Bu, böyük günahdır. Həmçinin Uca Allah buyurur: "Hər bir qeybət edənin, tənə vuranın vay halına!" (əl-Huməzə, 1).
Habelə, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Allah sizin şəklinizə və mallarınıza baxmaz. Ancaq qəlblərinizə baxar" (Səhih Muslim "Birr", 32). Deməli, hədisdən aydın olduğu kimi Allah qatında dəyərli olan insanın xarici görünüşü deyil, qəlbindəki təqvadır. Həmin insanlara qul haqqı və qeybətin cəzası haqqında dəlilləri gözəl əxlaqla və mülayim şəkildə çatdırmağa çalışın. Həmçinin oxuyun: