Həftənin hansısa bir gecəsini gecə namazı qılmaq üçün xüsusiləşdirmək olarmı?
Sual:
Salam. Men heftede 2 defe gece namazi qilmag isteyirem. Bir cume gecesi qiliram. Basqa hansi gun daha muqeddesdi diger gunlere nisbeten hemen gece gecenamazi qilim? Cume gecesinden basqa hansi gece gecenamazi qilsam daha uygun olar?
Cavab:
Va aleykum Salam. Cümə gecəsini gecə namazı qılmaq üçün xüsusiləşdirmək olmaz, çünki Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bunu qadağan edərək demişdir: "Cümə gecəsini həftənin digər gecələrindən seçib gecə namazı üçün xüsusiləşdirməyin, cümə gününü də həftənin digər günlərindən seçib oruc üçün xüsusiləşdirməyin". (Səhih Muslim, 1144). Ümumiyyətlə həftənin hər hansı bir gecəsini gecə namazı qılmaq üçün xüsusiləşdirmək doğru deyil, çünki bu barədə dinimizdə dəlil yoxdur. Həmçinin oxuyun: