İslama dəvət məqsədilə sosial şəbəkələrdə hesab açmaq olarmı?

    04.02.2021
Sual: 
Salam. Necəsiniz? Yaxşısınız inşallah. Sosyal şəbəkələrdə haqsız məlumatlar paylaşırlar. Məsələn dinimizlə , tariximizlə, insanlar böhtan atırlar. İnsanları doğruya çağırmaq üçün sadecə facebook açmaq olarmı. Başqakarı ilə inşallah ünsiyyətə girməyəcəm. Sadecə doğru olanları paylaşacam. Başqa sosyal media proqramı yox. Çünki bunu yaxşı məqsədlə etmək istəyirəm. Ən çox facebbookda məlumat çox yayılır deyə onu açmaq istəyirəm. Günahdır mı? Kimsəylə yazışmaq, ünsiyyət etmək olmayacaq. Sadecə doğru olanları paylaşacam. Təşəkkürlər! ALLAH RAZI OLSUN!
Cavab: 
Va aleykum Salam. İnsanları haqqa çağırmaq, İslam dinini doğru şəkildə onlara çatdırmaq imkan daxilində hər bir müsəlmanın borcudur. Uca Allah buyurur: "Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır". (Ali İmran, 104). İslama dəvət etmək savab əməl olmaqla yanaşı həm də çox məsuliyyətli bir işdir və bu işlə məşğul olan şəxs ilk növbədə özü elmli olmalıdır. Danışdığı və yaydığı məlumatların doğru olmasından əmin olmalıdır və yalnız düzgün mənbələrə əsaslanmalıdır, çünki dindən danışan insan bilməlidir ki, o, Allahın və Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) adından danışır. Din barədə verilən yanlış məlumat Allah və Onun Elçisinin adından yalan danışmaqdır. Odur ki, bu məsələdə diqqətli olun. Ətraflı oxuyun: İslama dəvət necə olmalıdır?

Dinimiz sosial şəbəkələrdə hesab açmağın əleyhinə deyil, lakin bilmək lazımdır ki, bu şəbəkələrin faydası ilə bərabər zərəri də çoxdur. Sosial şəbəkələr insanı tədricən haramlara sürükləyə bilər. Odur ki, müəyyən şərtlər daxilində - naməhrəmlə danışmamaq, haram şəkil və videolara baxmamaq şərti ilə hesab açmaq günah deyil. Xüsusən də əgər niyyət din barədə doğru məlumatları paylaşmaqdırsa, buna görə savab da qazanmış olursunuz. Həmçinin oxuyun:

Paylaş: