Möhürü qırdığıma görə qarabasmalar olması nədəndir?

    25.12.2020
Kimdən: 
Nermin
Sual: 
Salam men subhn namazimi qilanan sora mohurumu paltarimla bir yerde qoymusam eve ve zohr namaza gedende elime aldim mohuru gordum mohur ortadan qirilib, olub bir necedefe elimden qevenin ustune dusub mohur ama onda hecne olmamisdi,qirilan gunusu seherecen qara basma olub mende gozumu acdigimda basimin ustunde qaranpaltarli insanlar durub cox gorxmusdum subh azanan sora yox oldu her sey sualim odurki bu gorduyum qara basma ile nese ilqisi varmi mohurun qirilmagi
Cavab: 
Aleykum salaam. Əvvəla bunu qeyd edək ki, Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) namazı möhürlə qılmamışdır. Odur ki, möhürlə namaz qılmaq düzgün deyil. Ətraflı oxuyun: Namazı möhürlə qılmaq olarmı?

Möhür qırıladıqdan sonra sizdə baş verən qarabasmalara gəlincə, bu, şeytanların möhürə inamı artırmaq üçün sizə verdikləri vəsvəsələridir. Şeytan bəzən insanı xurafat və ya şəriətdə olmayan bir şeyə inandırmaq üçün ona yuxu və s. bu kimi müxtəlif yollarla təsir etməyə başlayır. Yatağa girərkən zikrləri deyin və Allahın izni ilə bu vəsvəsələr keçəcək. Daha ətraflı: Pis yuxulardan necə qorunmaq olar?

Teqlər: 
Paylaş: