Boşanmış qadın kəbin olmadan ailə qura bilərmi?

    28.01.2021
Kimdən: 
gülüş
Sual: 
Salam mən yoldaşımdan boşanmışam və evli biri ilə birlikdəyəm yəni evlənmişik ancaq kəbinimiz yoxdur və etdirmək üçün o öz arvadından halallıq almalıdır yoxsa bir qədər vaxtdan sonra batil olur deyirlər nə etməliyəm ki halal olsun 9 aydır ki birlikdəyik
Cavab: 
Aleykum salam. Əvvəla bunu qeyd edək ki, evli qadın ərindən boşandıqdan sonra yeni ailə qurmaq üçün iddə müddətini gözləməlidir. İddə müddəti isə qadının üç dəfə heyz olmasıdır. Yəni ərindən boşanan qadın üç dəfə heyz olmadan yeni ailə qura bilməz. 
İkincisi, bir qadının kəbinsiz bir kişi ilə yaşaması zina sayılır və bu böyük günahdır. Kəbin kəsmək üçün isə qadının vəlisinin (atası, qardaşı, əmisi və s.) icazəsi və iki şahid olmalıdır. Qadının vəlisinin icazəsi olmadan nikah bağlana bilməz və bu nikah batil sayılır. Peyğəmbər (salləllahu aleyhi va səlləm) belə demişdir: "Vəli və iki şahid olmadan nikah yoxdur".  Başqa bir hədisdə isə: "Hər hansı bir qadın, vəlisinin izni olmadan nikah bağlayarsa, onun nikahı batildir, onun nikahı batildir, onun nikahı batildir" - deyə buyurmuşdur. Daha ətraflı:
Paylaş: