Allahdan kiminsə xatirinə nəsə istəmək olarmı? əl-Əraf surəsinin 134-cü ayəsi buna dəlalət edirmi?
Sual:
Salam Aleykum. Allahdan kiminse xetrine nese istemek olar? Axı Eraf süresi 134 ayesinde bele bir dua var?
Cavab:
Va aleykum Salam. Ümumiyyətlə dua edərkən kiminsə xatirinə Allahdan nə isə istəmək olmaz. Nə Peyğəmbərimiz, nə də onun səhabələri dua edərkən kiminsə xatirinə Allahdan bir şey istəməmişlər. Dediyiniz ayədə də buna heç bir dəlil yoxdur. əl-Əraf surəsinin 134-cü ayəsində Uca Allah buyurur: "Əzab onları bürüdükdə dedilər: "Ey Musa! Bizim üçün Rəbbinə sənə verdiyi əhd ilə dua et! Əgər əzabı bizdən sovuşdursan, biz hökmən sənə iman gətirəcək və İsrail oğullarını mütləq səninlə birlikdə göndərəcəyik". (əl-Əraf, 134). Bu ayədə Uca Allah Firondan və onun əyanlarından danışır. Əzab onları bürüdükdə, onlar Musadan Allaha dua etməsini istədilər. Bu ayə dəlildir ki, sağ olan əməlisaleh bir insandan Allaha dua etməsini istəmək icazəlidir. Necə ki, biz həcc ziyarətinə və ya ümrəyə gedən insana: "Bizim üçün dua et!" deyirik. Bu növ təvəssül icazəlidir. Daha ətraflı: